Ermənistan MN-in bəzi məmurları işdən çıxarıla bilər - Araşdırmalar aparılır -

13-09-2019, 14:09            78 dəfə baxılıb
2016-cı ilin aprel müharibəsi ilə əlaqədar araşdırma aparmaq üçün Ermənistan parlamentində yaradılmış xüsusi komissiyanın fəaliyyəti bu ölkənin Müdafiə Nazirliyinin bəzi məmurlarının ciddi narahatlığına səbəb olub.
Redaktor.az-ın məlumatına görə, Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti yazır ki, araşdırmaların nəticəsi olaraq Müdafiə Nazirliyində çalışan bəzi şəxslər işdən çıxarıla bilər.
MN-dəki bəzi məmurların komissiyanın araşdırmalarından ciddi təşvişə düşdüyü bildirilir.
Parlament komissiyası araşdırmaları davam etdirir.
Qeyd edək ki, 2016-cı ilin aprelin ayında cəbhədə baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunu ağır məğlubiyyətə uğradıb, işğal altında olan bəzi ərazilər azad edilib.//Apa.azшаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.