Cavan Zeynallı: Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm -

13-09-2019, 14:01            65 dəfə baxılıb
Mənə verilən mükafata görə bu gün çox sevincliyəm. Bu, mənim sənətimə verilən çox yüksək qiymətdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Muzey Mərkəzində incəsənət xadimlərinə orden, medal və fəxri adların təltifetmə mərasimində Xalq artisti Cavan Zeynallı deyib.
“Bütün həyatımı musiqiyə, sənətə həsr etmişəm. Hələ məktəbdə, musiqi texnikumunda, Konservatoriyada təhsil alarkən oxumağa başlamışam. Sonradan fəaliyyətimi “Qaya” ansamblında davam etdirdim. Bu, mənim üçün gözəl bir məktəb oldu. Xalq artisti fəxri adı mənim üçün böyük mükafatdı. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Çünki, onlar Azərbaycan mədəniyyətinə, incəsənətinə çox böyük qayğı ilə yanaşırlar. Düşünürəm ki, bu cür mükafatları insan gərək gözləməsin. Çünki çəkilən zəhmətin müqabilində o, özü gələcək”, -deyə C.Zeynallı bildirib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.