Şəkidə müəllim dərmandan zəhərlənib öldü -

13-09-2019, 11:57            57 dəfə baxılıb
Şəkidə 45 yaşlı müəllim zəhərlənərək ölüb.
Aim.az-ın əldə etdiyi məlumata görə, Şəki rayonu, Abbas kənd sakini, 1974-cü il təvəllüdlü Abdulkərimov Habil Əsgər oğlu ötən gün qəbul etdiyi dərmandan zəhərlənərək ölüb. 
O, ötən gün bu barədə qardaşı Adil Abdulkərimova məlumat verərək, onu xəstəxanaya çatdırmasını istəyib. Gecə saatlarında qardaşı tərəfindən zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan H.Abdulkərimov səhər saatlarında xəstəxanada ölüb.

H.Abdulkərimov Şəki rayonu Köndələn kənd orta məktəbində müəllim kimi çalışıb.
Meyitə baxış keçirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası təyin edilib.
Faktla bağlı araşdırma aparılır.(oxu az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.