UkraynaXİN: Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkiləri" tanımırıq -

12-09-2019, 18:00            81 dəfə baxılıb
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarəetmə seçkilərini” tanımır və bunu qanunsuz hesab edir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən “seçkilər” Azərbaycan Konstitusiyasını və beynəlxalq hüququn norma və prinsiplərini pozur, hüquqi cəhətdən etibarsızdır.

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın mövqeyi dəyişməz olaraq qalır. Bizim mövqeyimiz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək olmaqdan ibarətdir”, - məlumatda qeyd olunub.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.