AŞPA prezidenti Şəhidlər Xiyabanını ziyarət edib -

11-09-2019, 21:43            35 dəfə baxılıb

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mauri Paskie Şəhidlər Xiyabanını ziyarət edib.

APA-nın xəbərinə görə, AŞPA prezidenti Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb.

Qeyd edək ki, AŞPA prezidenti Lilian Mauri Paskie (Liliane Maury Pasquier) bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər proqramında onun Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

O, həmçinin, parlamentin Ailə, qadın, uşaq məsələləri Komitəsi və İntizam Komissiyasının üzvləri ilə fikir mübadiləsi aparacaq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşəcək.

Sentyabrın 11-də AŞPA prezidenti Bakıda Avropa Şurasının 70 illiyinə həsr olunmuş "Hüquqlarımız, azadlıqlarımız, Avropamız” adlı yüksək səviyyəli konfransa qatılacaq.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.