Siyasi şpionları necə “verbovat” edirlər? — Müəllimlərə və din xadimlərinə - DİQQƏT -

11-09-2019, 14:08            35 dəfə baxılıb
"Siyasi agentləri şantaj və təxribat vasiəsi ilə əməkdaşlığa cəlb edirlər".

“Ölkə.Az” xəbər verir ki, Federal təhlükəsizlik xidmətinin general-mayoru Aleksandr Mixaylov  “ura.ru”ya açıqlamasında deyib.

“Xüsusi xidmətlər  orqanı əvvəlcə öyrənir ki, kim  daha zəruri məlumatlara malikdir. Onlar eyni zamanda mənəvi keyfiyyətinə baxırlar. Kim satmağa hazırdır.Bir yaxşı tikəyə hər şeyə hazırsan”-Mixaylov qeyd edib.

Rusiyalı  kəşfiyyatçı general hesab edir ki, Rusiya hökuməti siyasi aparatda strateji məsələlərlə məşğul olanlar arasında təmizlik işləri aparılmır.
Onun fikrincə, bu gün rəhbər strukturda yetərincə çalışanlar var ki, onların  xaricdə yaşayan qohumları, mülkiyyəti və bank hesabları var.

Sabiq xarici kəşfiyyatçı Vyaçeslav Laşkul isə hesab edir ki,  xarici xüsusi xidmət orqanları  daha çox din xadimlərini və müəllimləri əməkdaşlığa cəlb edir.  Onun fikrincə, çünki  bu insanlar, insanlarda daha az şübhə yaradır: “Agentin, əməkdaşın əsas vəzifəsi lazımi məqamda və lazımi yerdə olmaqdır”.

Onun sözlərinə görə, müəllimlər və dini təşkilatlar daha geniş auditoriyaya və əlaqələri malikdir: “Ona görə xarici kəşfiyyatçılar üçün ciddi maraq kəsb edir”.


шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.