Ölkənin yarısı işsiz qala bilər - Mütəxəssislərdən XƏBƏRDARLIQ -

10-09-2019, 17:00            90 dəfə baxılıb
2030-cu ilə qədər Rusiyadakı işçi qüvvəsinin 45.5%-i işsiz qalacaq.

Publika.az xəbər verir ki, bu iddia ilə "İzvestiya" qəzeti çıxış edib.



Rusiya Milli İqtisadiyyat və İctimai İdarəetmə Akademiyasında (RANEPA) aparılan araşdırmaya əsasən bildirilir ki, işsizlik səviyyəsinin artması əməyə robotların cəlb olunmasına görədir.

Araşdırmada sadəcə rəsmi şəkildə qeydiyyatı olan işçilər yer alıb. Buna əsasən, robotların geniş yayılması 20,1 milyon insanın həyatına təsir göstərə bilər. Restoran və hotellərdə işləyənlərin 73, istehsal və emal sənayesində işləyənlərin 60, təsərrüfat və meşəçilikdə işləyənlərin 58%-i robotlara görə işsiz qala bilər.

Əlavə olaraq, xidmət sektorlarındakı bəzi peşələrin yox olma riski çoxdur.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.