Vilayət Eyvazovdan növbəti TƏYİNAT -

10-09-2019, 12:31            40 dəfə baxılıb
Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Aim.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis-mayoru Anar Xəlilov Masallı RPŞ əməliyyat işi üzrə rəis müavini təyin edilib. Buna qədər, A.Xəlilov Masallı RPŞ istintaq bölməsinin rəisi olub.
Xəbəri Masallı Rayon Polis şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Xatırladaq ki, Masallı RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Polad Qarayev vəzifəsindən azad edilərək Samux RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.