SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!: Bu yolda "ağıllı kameralar” quraşdırıldı -

10-09-2019, 11:12            79 dəfə baxılıb
Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə qədər olan avtomobil yolunda "ağıllı kameralar” quraşdırılıb.

Aim.az "Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sürət həddini müəyyən edən "smart kameralar” Kvemo Kartli (Borçalı) bölgəsində 4 lokasiyada yerləşdirilib.

Qeyd edək ki, "ağıllı kameralar” avtomobilin müəyyən olunan sürət həddini aşmasını avtomatik müəyyən edir və videocərimə tətbiq edir.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.