Hakimliyə namizədlərə XƏBƏRDARLIQ -

9-09-2019, 22:08            34 dəfə baxılıb

Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) hakimliyə namizədlərlə test imtahanı keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən Modern.az-a verilən məlumata görə, imtahanda sentyabr ayının 12-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edən namizədlər iştirak etməlidirlər. Sentyabrın 13-dən həmin namizədlər tərəfindən “İmtahana buraxılış vərəqəsi” Hakimlərin Seçki Komitəsindən şəxsiyyət vəsiqəsini təqdim etməklə alınmalıdır.

İmtahan binasına saat 09:00-dan gec olmayaraq gəlmək, şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq təqdim etmək lazımdır. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.