"10-12 gündən sonra pambıq yığımına başlanılacaq" -

9-09-2019, 17:20            252 dəfə baxılıb
“Azərbaycanda pambıq yığımına hazırlıqla bağlı son işlər gedir”

"Report" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC- nin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yığımdan əvvəl məhsulun toolanacağı sahələrdə defolyasiya işləri aparılır: “Pambıq kollarındakı yarpaqların tökülməsi üçün defolyant vurulur, 10-12 gün sonra isə pambıqyığan kombaynlar işə başlayacaq”.

Xatırladaq ki, ölkə üzrə 411 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib ki, bunun 123-ü Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin, 288-i isə özəl şirkətlərin payına düşür. Bundan başqa, “Aqrolizinq”in rayon bölmələrinin istifadəsində 125 ədəd “Belorus-80X” tipli traktor, 220 ədəd qoşqu mövcuddur.

Bu il Azərbaycanda 21 rayonda 100 112 hektar sahədə pambıq əkini həyata keçirilib ki, bunun 96 241 hektarı hüquqi şəxslərə, 3 871 hektarı fiziki şəxslərə məxsusdur.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.