Kilsə ateist uşaqların müdafiəsinə qalxdı -

7-09-2019, 22:37            98 dəfə baxılıb
Moskva patriarxatının Sinedal şöbəsinin KİV və ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətlisi Vaxtanq Kipşidze hesab edir ki, şagirdləri məktəbdə ibadətə vadar etmək yolverilməzdir.  
Rus saytlarının yazdığına görə, bundan daha əvvəl Byanskda iki məktəb rəhbərliyi tədris ili başlamazdan əvvəl şagirdləri müqəddəs ayinə cəlb etməyi qərara alıblar. Bunun üçün nə şagirdlərdən fikir soruşulub, nə də valideynlərdən icazə alınıb.  
Kipşidzenin fikrincə, belə ibadət yalnız şagirdlərin və valideynlərin istəyi ilə baş tuta bilər. Qeyri-pravoslavların isə ayinlərə cəlb olunması yolverilməzdir.
Bununla belə, səlahiyyətli şəxs məktəbdə ayrıca bir otaqda ibadət olunmasında da qanunazidd heç nə görmür.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.