Samuxda piyadanı avtomobil vurub -

7-09-2019, 22:33            114 dəfə baxılıb
Samux rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1959-cu il təvəllüdlü Vəliyev Mirzə Yasin oğlunu yaşadığı evin qarşısında, yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.