ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub -

23-08-2019, 20:04            111 dəfə baxılıb

Ukraynanın paytaxtı Kiyevdə, Antonoviç küçəsi 72 ünvanında yerləşən, şərq üslubunda dizayn edilmiş ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub. Restoran 2015-ci ilin iyulunda Ukraynada qeydiyyatdan keçmiş və ofisi həmin ünvandakı çoxmərtəbəli binada yerləşən AXSAN MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ tərəfindən alınıb və restavrasiya olunub. Nizamnamə kapitalı 10 milyon qrivna olan AXSAN MMC-nin 33.3 faizi (3.333 milyon qrivna) Ağalar Vəliyevin qardaşı oğlu, Bakı şəhəri, Şərifzadə 174-də qeydiyyatda olan Vəliyev Ramin Şahbaz oğluna məxsusdur. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid AZİTAL MMC-nin təsisçisidir.
AXSAN MMC-nin digər təsisçiləri Axundov Nadir Ələsgər oğlu və Ukrayna vətəndaşı Anatoliyeviç Aleksandr Saxarovdur.
ŞAHPLOV restoranı (ŞAHBAZ PLOV da oxuya bilərsiniz) Nadir Axundovun və onun həyat yoldaşının adına 2016-cı ildə rəsmiləşdirilmiş ŞAHPLOV MMC vasitəsilə idarə olunur.
ŞAHPLOV deputatın Ukraynadakı yeganə biznesi deyil, onun faktiki sahibi olduğu və Nadir Axundovun idarə etdiyi digər restoran "Bakinskiy Bulvar" kompleksidir. Restoran Nadir Axundovun adına rəsmiləşdirilmiş BAKİNSKİY BULVAR MMC vasitəsilə idarə olunur. 1.85 hektar ərazidə yerləşən kompleks hazırda 3.2 milyon dollara satışa çıxarılıb.


Cavanşır Həsənli

ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub
























шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.