"Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın..." - GİLEY -

21-08-2019, 16:26            73 dəfə baxılıb

Ağdaş rayon sakinləri İcra başçısından şikayət edirlər.

DİA.AZ-a şikayətlərini bildirən sakinlər iddia edir ki, rayonun İcra başçısı Tofiq İbrahimov örüş yerlərini zəbt edib və qanunsuz olarq əkin işləri aparıb: “Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın. Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsada rayonda sahibkarlara, fermerlərə qənim kəsilib. Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı əziyyət çəkir. Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır” Ağdaş sakinlərinin sözlərinə görə, örüş yerləri zəbt olunub deyə onların mal-qaraları örüşsüz qalıb. Sakinlər Ağdaş rayon İcra başçısı Tofiq İbrahimovun qanunsuz əməllərindən prezidentə şikayət məktubu göndərsələrdə hələ də onların şikayətləri ilə bağlı lazımı tədbir görülməyib.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.