Tikinti materiallarının istehsalında 7,8 faiz artım olub -

21-08-2019, 12:11            49 dəfə baxılıb

Cari ilin yeddi ayında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 7,8 faiz artaraq 460,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, tikinti kərpicinin istehsalı 58,3 faiz, tikinti əhənginin istehsalı 54,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 14,4 faiz, sementin istehsalı 0,5 faiz artıb, betondan yığma tikinti konstruksiyalarının istehsalı 51,9 faiz, tikinti gipsinin istehsalı 82,2 faiz azalıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.