Futzal üzrə Azərbaycan çempionatlarının başlayacağı tarixlər açıqlanıb -
21-08-2019, 09:5995 dəfə baxılıb
Azərbaycanda futzal üzrə Yüksək, Birinci və İkinci Liqalarda 2019/2020 mövsümünün başlama tarixi müəyyənləşib. Azərbaycan Futzal Federasiyasında “Report”a verilən məlumata görə, Yüksək Liqaya sentyabrın 11-də start veriləcək və bütün oyunlar eyni gündə keçiriləcək. Birinci Liqanın açılış həftəsinin matçları 13-14 sentyabrda olacaq. İkinci Liqada I turun görüşləri sentyabrın 15-də baş tutacaq. Bütün liqaların oyunları Bakı İdman Sarayında keçiriləcək. шаблоны для dle 11.2