Əbülfəs Qarayev nazir kürsüsünü niyə məşğul edir? - Tarixi abidələrimiz göz-görəsi məhv edilir... -

20-08-2019, 13:02            51 dəfə baxılıb
İsmayıllı rayonunun Sulut kəndinin ərazisində yerləşən tarixi abidə (Buzxana) dağıntılara məruz qalıb.

Publika.az xəbər verir ki, XIX əsrin əvvəllərində sonuncu Şamaxı xanı Mustafa xan tərəfindən (Fit dağı yaxınlığında) inşa edildiyi güman edilən tikili həmin dövrdə Xalqdan vergi kimi yığılan ərzaqların saxlanılması üçün istifadə edilib.

Lakin son vaxtlarda tarixi abidə kimi qeydiyyatda olan buzxana baxımsız vəziyyətdə qalıb. yerli sakinlərin bildirdiyinə görə, abidənin dağıntılara məruz qalmasının əsas səbəblərindən biri də insanların qızıl tapmaq məqsədilə burada qazıntılar aparması olub.

Tarixi abidənin son vəziyyətini əks etdirən görüntüləri təqdim edirik.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.