Son bir həftədə Yaponiyada istilərdən 7 nəfər ölüb -

20-08-2019, 09:45            63 dəfə baxılıb

Son bir həftədə Yaponiyada istilərdən ən azı yeddi nəfər ölüb, yeddi mindən çoxu isə günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 20-də Yaponiya Baş Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Qeyd edilir ki, son yeddi gündə günvurma nəticəsində 7338 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda bütün Yaponiya ərazisində kəskin istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 35 dərəcəni ötür.
Xəsarət alanların və ölənlərin əksəriyyəti, əsasən evlərdə qənaət məqsədilə kondisioner işlətməyən yaşlı insanlardır. Hakimiyyət orqanları sakinləri daha çox maye qəbul etməyə və uzun müddət Günəş altında qalmamağa çağırır.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.