“Qara qutu” tapılsa da, pilotdan xəbər yoxdur” – Qabil Hüseynli -

19-08-2019, 17:33            44 dəfə baxılıb
“Hələ ki, məlumat vermirlər, biz də xəbər gözləyirik”.

Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyi iyulun 24-də qəzaya uğramış MiQ-29 hərbi təyyarəsinin “qara qutu”sunun tapılaraq, dənizdən çıxarıldığını açıqlayıb. Bunula belə, hərbi təyyarənin “qara qutu”su tapılsa da, “MiQ-29”-un pilotu Rəşad Atakişiyevdən isə hələ də heç bir xəbər yoxdur.

Pilotun axtarışları ilə bağlı Yenicag.az-a danışan Rəşad Atakişiyevin qaynatası, sabiq dövlət müşaviri Qabil Hüseynli bu məsələ ilə bağlı yeniliyin olmadığını deyib: “Pilot barədə heç bir məlumat vermirlər. Biz də xəbər gözləyirik”.

Qeyd edək ki, MİQ-29 hərbi təyyarəsi iyulun 24-də keçirilən gecə, təlim uçuşu zamanı qəzaya uğrayıb.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.