"Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! - Alıcıları belə aldadırlar -

18-08-2019, 11:30            78 dəfə baxılıb


"Araz" Supermarketlər Şəbəkəsinin alıcıları aldatması ilə bağlı daha bir jurnalist paylaşım edib.

BiG.AZ xəbər verir ki, jurnalist Rəşad Vaqifoğlu "Araz" Supermarketlər Şəbəkəsinin növbəti fırıldağı ilə bağlı paylaşım edib.

O, qeyd edib ki, "Araz" Supermarketlər Şəbəkəsin marketinq anlayışı müştərini aldatmaqdan ibarətdir: ""Final" çayının adi satış qiyməti 7.86 manat, yanında fincan "hədiyyə" edəndə 8.39 manata satılır. "

Qeyd edək ki, bu Araz" Supermarketlər Şəbəkəsində birinci hadisə deyil. Bir neçə gün öncə anınmış televiziya operatoru Ramin Şahbazov və tanınmış jurnalist Səbuhi Məmmədli "Araz" Supermarketlər Şəbəkəsində qarşılaşdıqları xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkədə özlərinin şəxsi səhifələrində paylaşım ediblər.
"Araz" supermarketlər şəbəkəsində növbəti BİBAIRÇILIQ! - Alıcıları belə aldadırlar

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.