"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı -

16-08-2019, 23:10            52 dəfə baxılıb

Bu gün Azərbaycan Premyer Liqasına start verilib.
Oxu.Az xəbər verir ki, ilk görüş Mərdəkandakı "Dalğa Arena"da baş tutub. Ötən mövsümün autsayderlərindən olan "Keşlə" dəyişməz Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib.
74-cü dəqiqədə nominal meydan sahibləri azlıqda qalıb. İkinci hissədə meydana çıxmış Emin Mehdiyev baş hakim Orxan Məmmədovun göstərdiyi ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bundan dörd dəqiqə sonra "Qarabağ" qələbə topunu vurub. İsmayıl İbrahimli 78-ci dəqiqədə fərqlənib. Bu ildən əsas komandaya qoşulan gənc futbolçu "Qarabağ"da ilk qolunu vurub.
Qeyd edək ki, turun digər üç görüşü 17-19 avqust tarixlərində keçiriləcək.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.