Yaxın günlərdə bu yaşayış məntəqələrinə qaz veriləcək - “Azəriqaz” açıqladı -

16-08-2019, 15:51            45 dəfə baxılıb


Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi işləri çərçivəsində bir neçə kənd, qəsəbə və yaşayış massivləri açılışa tam hazırdır. Son tamamlanma aparılan aşağıda adları qeyd edilən məntəqələr çox yaxın zamanda qazla təmin olunacaq.

Bu barədə Modern.az-a “Azəriqaz”dan məlumat verilib.


Beləliklə, Ağsu rayonunun Yenikənd və Kəndəxan kəndləri, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində yeni yaşayış massivi, Şəmkir rayonunun Qaracəmirli kəndində yeni yaşayış massivi, Ağstafa rayonunun 33-cü məhəlləsi, Lənkəran şəhərinin yeni yaşayış massivi, Lerik rayonunun Peştətük kəndi, İmişli rayonunun Vətəqə qəsəbəsi, Biləsuvar rayonunun Xırmandalı yeni yaşayış massivi, Qobustan şəhərinin yeni yaşayış massivi və Neftçala rayonunun Astanlı kəndində yeni yaşayış massivi qazlaşmaya tam hazır vəziyyətə gətirilib.
           
Qeyd edək ki, adları çəkilən ərazilərdə qaz təchizatı işləri Azərbaycan  Prezidenti İlham Əliyevin 22 dekabr 2018-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə 431 saylı fərmanından irəli gələrək həyata keçirilir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.