Ruhani: "Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq" -

12-08-2019, 11:31            126 dəfə baxılıb

Yaxın Şərqdə gərginliyin azalması hamının xeyrinə olacaq.
Bunu İranın prezidenti Həsən Ruhani Qətərin şeyxi Tamim bin Həməd əl-Tani ilə telefon danışığı zamanı deyib.

H.Ruhani bildirib: “Təhran əmindir ki, regionda gərginliyin azalması hamının xeyrinə olacaq. Ümid edirik ki, amerikalılar anlayacaq ki, onların seçdiyi yol səhvdir və bu yolda qalib gələn tərəf olmayacaq. Onlar öz davranışlarını dəyişməlidirlər”.

İran prezidenti qeyd edib ki, bəzi ölkələr Fars körfəzində həyata keçirdikləri fəaliyyətləri ilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar.

H.Ruhani əlavə edib ki, İran dost ölkələrlə regional təhlükəsizlik üzrə danışıqları davam etdirmək niyyətindədir.(Trend)
шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.