Əli Abbasov və Etibar Pirverdiyevin şərikli London biznesi – Ölkədən nə qədər pul çıxarılıb?.. -

9-08-2019, 10:41            139 dəfə baxılıb


Əli Abbasovun Gömrük Komitəsində çalışan oğlunun və Etibar Pirverdiyevin qızının Britaniyada şərikli şirkəti aşkarlandı…
AzFakt.com xəbər verir ki, böyük korrupsiya qalmaqlından sonra ləğv olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbəri Əli Abbasovun oğlu Eldar Abbasovun və “Azərenerji” ASC-nin keçmiş sədri, Mingəçevir SES-də baş verən partlayışdan sonra prezident İlham Əliev tərəfindən vəzivəsindən azad olunan Etibar Pirverdiyevin qızı Dünya Pirverdinin Londonda şirkəti tapılıb. Xatırladaq ki, Əli Abbasovun oğlu ilə Etibar Pirverdiyevin qızı ilə 2014cü ildən evlidir. Gənclərin toy mərasimi “Buta Palace”da keçirilib və toyda bir çox yüksək vəzifəli dövlət məmurları iştirak edib.
Əli Abbasov və Etibar Pirverdiyevin şərikli London biznesi – Ölkədən nə qədər pul çıxarılıb?..

Əli Abbasovun oğlu Eldar Abbasov və Etibar Piriverdiyevin qızı Dünya Piriverdi evləndikdən sonra bir müddət Londonda yaşayıblar və elə Londonda da təhsilərini davam etdiriblər. PİA.az-ın araşdırması əsasında məlum olub ki, elə həmin ərəfədə cütlük Londonda “İnfipro” adlı şirkət açıb. Şirkətin 75%-i Eldar Abbasova, 25 faizi isə Dünya Piriverdiyə aiddir.
“İnfipro” adlı şirkət Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri olduğu müddətdə də “Aztelekom” MMC kimi böyük bir qurumu da öz təsiri altında saxlaya bilib və Sazz, GoldenPay kimi brendlərə xarici investisiya dəstəyi adı altında ölkənin rabitə resurslarını mənimsəyib.
Hələ o vaxtlar atasının nazir olmasına baxmayaraq, Eldar Abbasov media qurumlarına vençur sərmayə haqqında müsahibələr verib, daxili bazara xarici kapitalın gəlməsindən “İnfipro”nun icraçı direktoru olaraq danışıb. “İnfipro İnc”in sərmayə ayırdığı şirkətlərdən təkcə biri “Azqtel” MMC, yəni “Sazz” adı ilə tanınan şirkətdir. Eldar Abbasovun da payçılarından biri olduğu “Sazz” şirkətinin hazırda “Aqrarkredit” QSC-yə 39 812 773 (otuz doqquz milyon səkkiiz yüz on iki min yeddi yüz yetmiş üç min) ABŞ dolları borcu var və hazırda bu borc üzrə iddiaçının tələbləri əsasında məhkəmə prossesi gedir.


Maraqlıdır ki, Eldar Abbasov hazırda dövlət qurumunda çalışır. Sabiq nazirin oğlu Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika şöbəsinin rəisi vəzifəsində çalışır. Bunu Eldar Abbasov 29 mart tarixində özünün “Linkedin” sosial şəbəkəsindəki hesabında da qeyd edib.

Eldar Abbasovun linkedi hesabı:https://uk.linkedin.com/in/eldarabbasov
Londonda qeydiyyatda olan “İnfipro” adlı şirkətin Əli Abbasovun oğlu Eldar Abbasova və Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyə məxsus olduğunu isbatlayan sənədləri təqdim edirik:
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(pia.az)







шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.