Qırğızıstanda fövqəladə vəziyyət tətbiq oluna bilər -

8-08-2019, 17:20            105 dəfə baxılıb
Qırğızıstan parlamentinin deputatları ölkədə fövqəladə vəziyyətin tətbiq olunmasını təklif edib.

Trend-in məlumatına görə, bu təklifi növbədənkənar iclasda iştirak edən deputatların böyük əksəriyyəti dəstəkləyib.

Bu təklifin Qırğızıstan Prezidenti Sooronbay Jeenbekova çatdırıldığı deyilir.

Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir.

2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.
 шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.