Deputatın səhhətində problem yaranıb - AÇIQLAMA -

7-08-2019, 16:58            68 dəfə baxılıb
Milli Məclisin depuatı Mirkazım Kazımovun səhhətində problem yaranıb.

Yayılan məlumata görə, deputat səhhətində yaranan problemlə bağlı 20 günlük Moskvada müalicə alıb.

Modern.az saytı məlumatı dəqiqləşdirmək üçün Mirkazım Kazımovla əlaqə saxlayıb. O , saytımıza açıqlamasında xəbərin doğru olduğunu bildirib:

“Sinirlərimdə problem yaranmışdı. Moskvada müayinə olunub bir neçə kurs müalicə götürdüm. Hazırda ölkədəyəm. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının üzvü olan deputat Mirkazım Kazımov 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputat seçilib.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.