“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət -

23-07-2019, 15:03            106 dəfə baxılıb

Startapçı Cavid Məmmədov AAAF Park Yaşayış Kompleksində qarşılaşdığı problemlərlə bağlı sosial şəbəkədə video-müraciət yayımlayıb. “Qafqazinfo” xəbər verir ki, 4 ilə yaxındır, sözügedən yaşayış kompleksində yaşadığını vurğulayan C. Məmmədov daima şirkət tərəfindən sakinlərdən əsassız ödənişlər tələb olunduğunu bildirib:

“Mən şirkətdən tələb olunan kommunal ödənişlərin əsaslandırılmasını istəsəm də, hələ də müsbət cavab ala bilməmişəm. Bundan başqa, su, işıq və qaz sayğaclarına görə də sakinlərdən 798 AZN pul tələb olunur. Bizə bildirilib ki, bu, dövlət rüsumudur. Bu səbəbdən dövlət qurumlarına müraciət edərək rəqəmin nə dərəcədə həqiqətəuyğun olub olmadığını soruşmaq istəyirəm.

Ödəniş müqavilində sənəd, müqavilə tələb etdiyim üçün heç bir borcum olmadığı təqdirdə şirkət elektrik xəttimizi kəsib. Daha sonra isə pulunu ödəyərək qoydurduğum sayğacımı məndən icazəsiz söküb aparıblar. Borcum olmadığı təqdirdə 4 gündür ki, evimdə işıq və qaz yoxdur. Bu yolu da məni cəzalandırmaq üçün seçiblər.

İnanıram ki, aidiyyatı dövlət qurumlarımız məsələ ilə bağlı öz araşdırmalarını aparıb və lazımi tədbirləri görəcək. Paralel olaraq mən də öz şikayət məktublarımı göndərəcəm. Bundan başqa, məsələni hüquqi müstəvidə də həll etməyə çalışacam”.

Məsələ ilə bağlı AAAF PARK Yaşayış Kompleksi rəsmi münasibət bildirərək iddiaların onlara qarşı təxribat xarakteri daşıdığını vurğulayıb:

“Biz şirkət olaraq daima sakinlərinin yanında olmuş, maddi zərərlər hesabına da olsa, çox sayda çətinliklərin arxada qoya bilmişik. Bütün bunlar edilərkən, nə komunal, nə də ki digər xidmətlərlə bağlı qanunsuz və əsaslandırılmamış heç bir tədbir görülməmişdir və hazırda da görülmür. Atılan bütün addımlar, edilən bütün müdaxilələr Azərbaycan Respublikasının qanun və qaydalarına tam uyğundur. 

Ancaq bu gedişata mane olmaq istəyən şəxslər də az deyil. Zəruri ödənişləri etmədən yaşamağa adət etmiş bəzi sakinlərimiz öncə “aksiyalar” təşkil edir, aidiyyatı qurumlara əsassız şikayətlərlə üz tuturdular. Ancaq hər dəfəsində bu şəxslər öz layiqli cavablarını alaraq ifşa olunur, geri çevrilirdilər. Bir çoxu hətta etdikləri qanunsuz əməllərə görə məsuliyyətə cəlb olunma təhlükəsi yaşayacaqlarını anlayıb, sonra üzr istəyərək çirkin əməllərindən geri çəkiliblər.
Hazırda da növbəti təxribatla üz-üzəyik. Artıq yayılan bu video və səsləndirilən təhrif olunmuş, yanlış iddiaların sahibinə qarşı şirkətimiz hüquqi və inzibati prosedurlara start verib. Nəticələr haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”.
 шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.