Azərbaycanda bəzi dövlət rüsumları artırıldı – TAM SİYAHI -

23-07-2019, 10:16            126 dəfə baxılıb
Prezident İlham Əliyev «Dövlət rüsumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib.

FED.az xəbər verir ki, qanuna dəyişikliklər əsasən ölkəyə gələn və burada qısa müddətdə yaşayan xarici vətəndaşlara aiddir. Bununla bağlı bəzi xidmətlərə görə, rüsumlar artırılıb.


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara
alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002,
№ 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr
676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr
873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12,
maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə
158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, №
2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə
276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, №
4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, №
6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216,
1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279,
1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468,
№ 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015,
№ 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849,
№ 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, №
12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6,
maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265;
2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 6, maddələr 1186, 1194, № 7,
maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; 2019, № 1,
maddə 45; Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1508 nömrəli və
29 mart tarixli 1550-VQD və 1552-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 14.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
14.8. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya
daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və
müddətinin uzadılmasına görə:
14.8.1. yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
2
müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və
müddətinin uzadılmasına görə:
14.8.1.1. on beş iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.1.1.1. 3 ayadək 40 manat
14.8.1.1.2. 6 ayadək 80 manat
14.8.1.1.3. 1 ilədək 160 manat
14.8.1.1.4. 1 il 6 ayadək 240 manat
14.8.1.1.5. 2 ilədək 320 manat
14.8.1.1.6. 2 il 6 ayadək 400 manat
14.8.1.1.7. 3 ilədək 480 manat
14.8.1.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.1.2.1. 3 ayadək 30 manat
14.8.1.2.2. 6 ayadək 60 manat
14.8.1.2.3. 1 ilədək 120 manat
14.8.1.2.4. 1 il 6 ayadək 180 manat
14.8.1.2.5. 2 ilədək 240 manat
14.8.1.2.6. 2 il 6 ayadək 300 manat
14.8.1.2.7. 3 ilədək 360 manat
14.8.2. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində
müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və
müddətinin uzadılmasına görə:
14.8.2.1. on beş iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.2.1.1. 3 ayadək 25 manat
14.8.2.1.2. 6 ayadək 50 manat
14.8.2.1.3. 1 ilədək 100 manat
14.8.2.1.4. 1 il 6 ayadək 150 manat
14.8.2.1.5. 2 ilədək 200 manat
14.8.2.1.6. 2 il 6 ayadək 250 manat
14.8.2.1.7. 3 ilədək 300 manat
14.8.2.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.2.2.1. 3 ayadək 15 manat
14.8.2.2.2. 6 ayadək 30 manat
14.8.2.2.3. 1 ilədək 60 manat
14.8.2.2.4. 1 il 6 ayadək 90 manat
14.8.2.2.5. 2 ilədək 120 manat
14.8.2.2.6. 2 il 6 ayadək 150 manat
14.8.2.2.7. 3 ilədək 180 manat
3
14.8.3. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili
müəssisələrində əyani formada, habelə ümumtəhsil
müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan
şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti
yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin
uzadılmasına görə:
14.8.3.1. on beş iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.3.1.1. 1 illik 60 manat
14.8.3.1.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin
müddəti uzadıldıqda)
120 manat
14.8.3.2. iyirmi iş günü müddətində verildikdə və ya müddəti
uzadıldıqda
14.8.3.2.1. 1 illik 40 manat
14.8.3.2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin
müddəti uzadıldıqda)
80 manat
14.8.4. yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin
uzadılmasına görə:
14.8.4.1. otuz beş gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
450 manat
14.8.4.2. qırx gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
400 manat
14.8.4.3. əlli gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
350 manat
14.8.4.4. altmış gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
300 manat
14.8.5. yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi
yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin
uzadılmasına görə:
14.8.5.1. otuz beş gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
300 manat
14.8.5.2. qırx gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
250 manat
14.8.5.3. əlli gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
200 manat
14.8.5.4. altmış gün müddətində verildikdə və ya müddəti
uzadıldıqda
150 manat
1.2. 14.15-ci və 14.15-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
4
14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin
uzadılması barədə qərarın verilməsinə görə:
14.15.1. bir iş günü müddətində verildikdə
14.15.1.1. 30 günədək 50 manat
14.15.1.2. 60 günədək 100 manat
14.15.2. üç iş günü müddətində verildikdə
14.15.2.1. 30 günədək 30 manat
14.15.2.2. 60 günədək 60 manat
14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin
uzadılması barədə qərarın verilməsinə görə:
14.15-1.1. bir iş günü müddətində verildikdə
14.15-1.1.1. 30 günədək 30 manat
14.15-1.1.2. 60 günədək 60 manat
14.15-1.2. üç iş günü müddətində verildikdə
14.15-1.2.1. 30 günədək 15 manat
14.15-1.2.2. 60 günədək 30 manat
1.2. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:
“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti
ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin
verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək - 700 manat;
18.58.1.2. 6 ayadək - 900 manat;
18.58.1.3. 1 ilədək - 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək - 500 manat;
18.58.2.2. 6 ayadək - 700 manat;
18.58.2.3. 1 ilədək - 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək - 350 manat;
18.58.3.2. 6 ayadək - 600 manat;
18.58.3.3. 1 ilədək - 1000 manat.”.
Maddə 2. Bu Qanun 2019-cu il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 27 iyun 2019-cu il.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.