Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər -

20-07-2019, 13:00            64 dəfə baxılıb

Yodun orqanizmdə çatışmazlığı sinir və hormonal sisteminə, insanın psixikasına çox ciddi ziyan vurur.

Saglamolun.az  bildirir ki, Azərbaycanın bir çox rayonlarında (xüsusilə dağ rayonlarında) yod çatışmazlığı müşahidə olunur. Bu səbəbdən mütəxəssislər qidalanmada yodlaşdırılmış duzdan istifadə etməyi tövsiyə edirlər.

Lakin nəzərə almaq lazımdır ki, bəzi insanlara yodlaşdırılmış duz ziyan vura bilər. Tanınmış Rusiyalı həkim-diyetoloq Yelena Solomatina medikforum-a bildirib ki, bəzi qalxanvari vəzi xəstəlikləri (el arasında - "zob xəstəlikləri") zamanı yodlaşdırılmış duz insanın sağlamlığına ciddi ziyan vura, vəziyyətini daha da ağırlaşdıra bilər.

Bu səbəbdən qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkənlər yodlaşdırılmış duzun qəbulu ilə bağlı endokrinoloqla məsləhətləşməlidir.
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.