“Qəbələ” xorvatiyalı futbolçu transfer edib -

19-07-2019, 16:18            150 dəfə baxılıb

2019/20 mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
APA-nın məlumatına görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Bauku heyətinə qatan “qırmızı-qaralar” xorvatiyalı futbolçu İvitsa Juniçlə anlaşıb.
31 yaşlı müdafiəçi ilə müqavilə 2019-cu ilin sonuna qədər nəzərdə tutulub.
 
Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. Juniç ardınca Avstriyada “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşada QKS, Ukraynada “Volın”, “Çernomorets”, Rusiyada “Orenburq” klublarında çıxış edib. Müdafiəçi 2019-cu ilin ilk yarısını Qazaxıstanın “Atırau” komandasında keçirib. O, bu ölkənin çempionatında 18 matçda 2 qol vurub.шаблоны для dle 11.2











© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.