“PAŞA Həyat” şirkəti “PAŞA Sığorta” ilə birləşir - OFİSLƏRİ -

19-07-2019, 11:50            75 dəfə baxılıb
Azərbaycanın “PAŞA Həyat” şirkəti “PAŞA Sığorta” şirkəti baş ofislərini birləşdirəcək.

FED.az-ın maliyyə sektorundakı etibarlı mənbələrdən əldə etdiyi məlumata görə “PAŞA Həyat”ın Nərimanov rayonu Maykovski 15 ünvanında yerləşən baş ofisi paytaxtın M.Useynov prospekti 61 ünvanında yerləşən “Sahil Plaza” adlanan ofisinə köçəcək. Qeyd edək ki, M.Useynov prospekti 61 ünvanında “PAŞA Sığorta” şirkətinin baş ofisi yerləşir. Hazırda “PAŞA Həyat” yeni ofisə köçməsi və işçilər üçün lazımi şəraitin yaradılması istiqamətində sözügedən ünvanda təmir işləri aparılır.

FED.az məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib. “PAŞA Həyat”ın əməkdaşı Rulan Ələkbərovun verdiyi məlumata görə, şirkət hələlik cari ilin sonunadək hazırkı ofisində fəaliyyət göstərəcək. O bildirib ki, yeni ofisə köçmək məsələsi növbəti ildən reallaşa bilər.

Xatırladaq ki, “PAŞA Həyat”Sığorta şirkətinin 2018-ci ilin yekun hesabatında şirkətin “Qərb” filialı (Gəncə şəhəri, Atatürk prospekti 261) Cəmiyyətin Ali İdarəetmə orqanının 01.10.2018-ci il tarixli 020-18 saylı qərarı ilə ləğv edilmişdi. Qərb filialının (Gəncə) əvvəlki ofisi bağlandıqdan sonra şirkət fəaliyyətini “PAŞA Sığorta”nın Gəncə şəhəri, Atatürk prospekti 240 ünvanında davam etdirməyə başlayıb.

Qeyd edək ki, “PAŞA Həyat” yeni baş ofisə köçdükdən sonra Maykovski 15 ünvanında yerləşən inzibati binanın hansı məqsədlər üçün istifadə olunacağı hələlik məlum deyil.
"PAŞA Həyat Sığorta" ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, 2011-ci ilin fevralından fəaliyyətə başlayıb. Şirkət qanunvericiliklə müəyyən edilmiş bütün növ həyat sığortası xidmətləri təklif edir. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.