XƏBƏRDARLIQ : Bu avtobusların hərəkət sxemi dəyişdirilir - SİYAHI -

18-07-2019, 15:29            61 dəfə baxılıb
XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək. 
Sonxeber/az bildirir ki, İbrahimpaşa Dadaşov küçəsinin 19-27 iyul 2019-cu il tarixlərində bağlanması ilə əlaqədar 6, 88, 88A və 202 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək. 
18-28 iyul tarixlərində isə Xəlil Rza Ulutürk küçəsinin bağlanması ilə əlaqədar 15, 60, 62, 70 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək. 
Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemində də dəyişiklik ediləcək.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.