“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... - Qısa araşdırma -

18-07-2019, 14:56            80 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq.

"Yeni Sabah" ölkəmizi qitənin 1 nömrəli turnirində təmsil edən klubumuzun rəqibi haqqında məlumatı sizə təqdim edir:

İrlandiyanın "Dundalk" klubu 1885-ci ildə həvəskar klub kimi yaradılsa da, 1903-cü ilin sentyabrından etibarən, peşəkar klub olaraq tanınmağa başlayıb. 

Onun adı İrlandiyadakı "Dalqan" qalasının adından götürülüb. Klubun 1940-cı ildən ənənəvi rəngi ağ-qara sayılır. Onun ləqəbləri "ağ zambaqlar" və "qala"dır. 

Ev oyunlarını 1926-cı ildən 4500 nəfər azarkeş tutumu olan "Oriel Park" stadionunda keçirir. "Ağ-qaralar" ölkə çempionluğunu ən çox qazanan ikinci komandadır. Belə ki, o, 13 dəfə İrlandiya çempionu adını qazanmağı bacarıb. Eyni zamanda, klubun aktivində 11 ölkə kuboku da var. 

Klubun "qızıl dövrü" 2013-2018-ci illər aralığı hesab olunur ki, bu da klub meneceri Stefan Kenninin adı ilə bağlıdır. 

Burada ən çox oyun keçirmiş futbolçu Tommi Maksonvildir. O, 1964-1986 illərdə fasilərlə 387 burada matça çıxıb.

Hazırda klubun prezidenti Mixael Treasi, baş məşqçisi isə 2007-ci ildə "Dundalk"da oynamış Vinni Pertdir. 

Klubda 2013-cü ildən köməkçi məşqçi kimi çalışan Vinni Pert baş məşqçi kimi fəaliyyətinə bu ildən başlayıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.