Kənd Təsərrüfatı Nazirliyi: Bütün regionlarda brusellyoz xəstəliyi yayılıb -

17-07-2019, 16:15            98 dəfə baxılıb

“Azərbaycanın bütün regionlarında brusellyoz xəstəliyi yayılıb”.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Nigar Səfi bildirib.

"Hazırda heyvanlar arasında peyvəndləmə işləri aparırıq, amma, hələ ki, xəstəliyin azaldığı müşahidə edilmir”, - deyə o qeyd edib.

Nazirlik nümayəndəsi xəstə heyvanların sayının artmasını vaksinasiya olmamış heyvanların bazara çıxarılması ilə izah edib. Onun sözlərinə görə, əvvəllər xəstəliyə tutulmuş heyvanlar təsərrüfatlardan uzaqlaşdırılardı, indi isə fermerlər bunu etmirlər, son nəticədə də brusellyoz xəstəliyinin miqyası genişlənir. шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.