Taksi xidməti niyə bahalaşır? - Turistlər günahkardır? -

17-07-2019, 16:12            104 dəfə baxılıb

Son vaxtlar paytaxtda fəaliyyət göstərən taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Ölkədə yanacağın qiymətində bahalaşma olmadığı halda taksi qiymətlərinin qalxması birmənalı qarşılanmayıb.

Məsələylə bağlı Axar.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi qiymətlərinin artmasına səbəb onlara tələbatın çoxalması ilə bağlıdır.

“Ölkədə nə dollar, nə də avtomobil ehtiyat hissələri bahalaşıb, gömrük rüsumlarında da hər hansı dəyişikliklər yoxdur. Lakin buna baxmayaraq, taksi şirkətlərində ciddi qiymət artımı son vaxtlar müşahidə olunan haldır. Bunun səbəbi ölkəyə yenidən turist axının başlaması və bunun fonunda müştəri bolluğu yaranmasıdır. Əvvəllər qiymətləri hədsiz dərəcədə endirərək, digər kiçik şirkətləri sıxışdırıb bazardan çıxaran bu taksi şirkətləri indi istədikləri qiymətləri tətbiq edirlər. Bu baxımdan düşünürəm ki, taksi şirkətləri arasında rəqabət qaydaları kobud şəkildə pozulur”.

Ekspert onu da qeyd edib ki, bu sahədə ciddi nəzarət mexanizmi tətbiq edilməlidir:

“Taksi şirkətlərində sürücülər də istismar olunur. Bu gün fəaliyyət göstərən taksi şirkətləri sürücüləri rəsmi qaydada işə götürmür və onları avtomobillə təmin etmirlər. Onlar öz şirkətlərinə abunə olan sürücülər hesabına pul qazanırlar. Qiyməti sürücülər yox, şirkətlər qaldırıb. Bu artım heç bir səbəb olmadan baş verib. Bu sahədə nəzarət mexanizmi olmadığı üçün şirkətlər istədikləri qiyməti diktə edirlər”.
 шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.