Avropa Liqasında daha bir oyun -

17-07-2019, 14:48            78 dəfə baxılıb

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün daha bir görüş keçiriləcək. Gürcüstanın "Çixura" klubu doğma meydanda Lüksemburq təmsilçisi "Fola" ilə qarşılaşacaq. İlk oyunda səfərdə 2:1 hesablı qələbə qazanan gürcülər növbəti mərhələyə daha yaxındırlar.

Qeyd edək ki, Avroliqadakı təmsilçilərimiz "Neftçi" və "Səbail" isə cavab oyunlarını sabah keçirəcək. "Ağ-qaralar" Moldovada 3:0 hesabı ilə məğlub etdiyi "Sperantsa"nı bu dəfə Bakıda qəbul edəcək. "Dənizçilər" isə evdə 2:3 uduzduğu "Universitatya"nın qonağı olacaq.

Xatırladaq ki, bu mərhələnin ilk 3 oyunu dünən olub.


Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

20:00. "Çixura" (Gürcüstan) - "Fola" (Lüksemburq)
İlk oyun - 2:1шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.