Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib -

17-07-2019, 10:47            60 dəfə baxılıb
Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən, hərbi birliklərin birləşmə və hərbi hissələrinin tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıya cəlb edilən zabitlərin döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb. Fiziki hazırlıqdan və müxtəlif ixtisaslar üzrə məqbullar götürülən zaman zabitlər yüksək nəticə göstəriblər.

Təlim-metodiki toplantının sonunda tabor, divizion komandirləri və onların müavinləri gecə şəraitində döyüş atışlı təlim zamanı bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.