“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma... -

12-07-2019, 14:05            121 dəfə baxılıb

Şəki rayonu, Baş Şabalıd kənd sakini Məmmədsoy İsrafil Əhmədiyyə oğlu tərəfindən “Hürriyyət”in elektron poçtuna şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi qeyd edir:

“Mən sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Şəki rayonun Oxud kənd ərzisində çıxarışla əldə etdiyim 0,20 ha torpaq sahəsində mövcud qayda və qanunvericiliyə uyğun bir xidmət obyekti tikmişəm. Lakin çox təəssüfləndirici haldır ki, mən bu obyekti elektrik təchizatı olmadığına görə, hələ də işlədə bilmirəm.

Obyektin elektrik enerjisilə təmin edilməsi üçün lazım olan texniki şərtin alınması üçün 2015-ci ildən Şəki Elektrik şəbəkəsinə müraciət etmişəm. Tələb edilən “rüsumu” ödəyib, nəhayət texniki şərt ala bilmişəm. Bununla yanaşı, obyektə qədər olan məsafəyədək öz hesabıma şalbanlar alıb basdırmışam, elektrik xətti çəkmişəm, transformator almışam. Bir sözlə, deyilən və lazım olan bütün məsələləri son 3 ildə icra etmişəm. Elə dərindən nəfəs alıb elektrik enerjisindən istifadə etmək üçün xəttin qoşulmasını istərkən “Azərişıq” ASC-nin Şəki Elektrik Şəbəkəsi bildirdi ki, sən gedib “Azərişıq” ASC-nin Texniki Şərtlər Şöbəsindən bir texniki şərt arayış da alıb gətirməlisən ki, bizim yerli idarə sənin obyektini elektriklə təmin edək.

Odur ki, cənab Energetika naziri Pərviz Şahbazovdan və “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevdən xahiş edirəm ki, şeytanların da, inkir-minkirin də baş aça bilmədiyi Şəkinin aidiyyatı yerli işıq məmurlarının tələb etdiklərini bu formal arayışın (Texniki şərtim olduğu yerdə) alınıb onlara verilməsinin belə vacib olmasını əvvəlcə araşdırıb, sonra köməklik göstərsinlər ki, mən yayın bu ortasında nəhayət evimi-eşiyimi satıb aldığım balaca obyekti işlədə bilim.

Yenə xahişim budur ki, yerli məmuralar məni Məlikməmmədin nağılında olduğu kimi, onun gününə salmasınlar. Həqiqətən, lazımdırsa, mənə bu Texniki şərtimin olması barədə arayışın verilməsində köməklik göstərilsin.

Cənab Prezidentdən də xahişim budur ki, rayonların sosial inkişafı üçün keçirdiyi islahatların, dövlət proqramlarının icrası zamanı aidiyyatı yerli məmurlar tərəfindən biz xırda sahibkarlara yaradılan süni əngəllərin, maneələrin, yersiz süründürməçiliyin qarşısının dərhal alınması barədə göstəriş verəsiniz”.(“Hürriyyət”)

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“Azərişıq” ASC rəhbərliyinə qarşı ŞOK İTTİHAMLAR - Obyektinə işıq çəkdirmək üçün “rüsum” ödədi, öz hesabına şalbanlar aldı, elektrik xətti çəkdi, transformator aldı, amma...шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.