Novruz Qartal: “Xalq artistini o dünyada verəcəklər...” -

10-07-2019, 14:59            126 dəfə baxılıb
Akademik Musiqili Teatr, yəni keçmiş Musiqili Komediya Teatrının adı çəkiləndə bir neçə aktyorlar dərhal yada düşür. Dünyadan köçən sənətkarlara Allah rəhmət eləsin. Yaşayan və bu gün də sənətdə var gücü ilə çalışan aktyorlar arasında, Azərbaycanın əməkdar artisti Novruz Əliyevin (Qartal) adını qeyd etməmək günah olar.
Ömrünün yarım əsrdən çoxunu Akademik Musiqili Teatra bağlayan Novruz Qartal, bu teatrın səhnəsində neçə-neçə görkəmli sənətkarlarla tərəf müqabili olub. 2013-cü ildə Əməkdar artist Fəxri adına layiq görülən sənətkar ruhdan düşmür, sənətinə davam edib, yeni-yeni obrazlar yaradır.
Open.az-a özəl açıqlamasında yeni tamaşasından söz açan Novruz Qartal bildirib ki, klassik tamaşalar hər zaman teatra lazım olur: “Hazırda teatrımızda “5 manatlıq gəlin” operettası hazırlanır. Məşqlər davam edir. Tamaşada mən də varam. Retro tamaşadır. Qoy cavanlar gəlib görsünlər. Gənclər bizim keçmişimizi görməlidir. Operettada Səid Rüstəmovun elə gözəl musiqisi var, libretto isə M.S.Ordubadinindir. Klassik tamaşadır. Və sizə deyim ki, belə tamaşalar, əsərlər teatra çox lazımdır”.
52 ildir teatrda çalışmasına baxmayaraq, 6 il əvvəl Əməkdar artist Fəxri adını alan Novruz Qartal Xalq artisti Fəxri adından söz düşəndə isə yarızarafat, yarıciddi deyir ki: “Mənə xalq artisti adını o dünyada verəcəklər”.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.