Milli Məclisin gündəliyində dəyişiklik edildi -

9-07-2019, 12:33            71 dəfə baxılıb

Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyində dəyişiklik edilib.


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.


O.Əsədov bildirib ki, gündəliyə 38 məsələ daxil idi, bunlardan 3-ü çıxarılıb, iyulun 12-də keçirələcək plenar iclasda müzakirə olunacaq: "Bunlar "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına, Mülki Məcəlləyə (hamısı bir paketdir), "Bank olmayan kredit təşkilatları haqqında" qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir”.
(report.az)шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.