Planetdə dollar milyonçularının sayı azaldı-Son 11 ildə ilk dəfə... -

9-07-2019, 12:06            28 dəfə baxılıb
Fond birjalarındakı eniş dünyadakı  milyonçu sayını azaldıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, “Deutsche Welle” nəşrinin yazdığına görə, 2018-ci ildə planetdə bir milyon dollardan artıq vəsaiti olan 18 milyon insan olub.  Bu, 2017-ci ildəkindən 0,3% azdır. Bunlar 9 iyul çərşənbə günü müvafiq hesabat təqdim edən "Capgemini" konsaltinq firmasının məlumatlarıdır. 2008-ci ildəki böhrandan sonra 10 il ərzində ilk dəfə milyonçu sayının azalması müşahidə edilməkdədir. 

Milyonçuların ümumi varidatı da əvvəlki illərə nisbətən, demək olar ki, 3 faiz artaraq 68,1 trilyon dollara düşüb. Bu azalmanın dörddə biri Çinin üzərinə düşür 

ABŞ milyonçuların sayında ilk sıradadır, onu Yaponiya, Almaniya və Çin  təqib edir. Dünyadakı milyonçuların 60% -dən çoxu bu dörd ölkənin vətəndaşlarıdır. Milyonçuların 10% -i Fransa, Böyük Britaniya, İsveçrə və Kanadada yaşayır. 
шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.