Bakıda azyaşlı qızları kişilərə satan qadınla bağlı yeni xəbər -

8-07-2019, 16:33            79 dəfə baxılıb
Bakıda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Aygün Xasməmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 "Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əhməd quliyevin icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyul ayının 18-də keçiriləcək.
Məlumatına görə, 2 azyaşlı qızı pul müqabilində kişilərlə görüşünü təşkil edən Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü yəni, insan alveri - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.