Çağdaş Azərbaycan aşıqlarının şeirlərindən ibarət antologiya işıq üzü görüb -

25-06-2019, 13:15            56 dəfə baxılıb


Bu günlərdə Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən “Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” adlı kitab işıq üzü görüb.
AZƏRTAC-a bu barədə AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu məlumat verib.
Bildirib ki, nəfis tərtibatlı antologiyanı nəşrə AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Altay Məmmədli hazırlayıblar. Kitabın redaktoru isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Toplu hazırda yaşayıb yaradan 60-dan çox aşığın bədii yaradıcılığını əhatə edir. Aşıq şeirinin ən müxtəlif poetik biçimlərinin (gəraylı, qoşma, təcnis, divani, müxəmməs, bayatı və s.) yer aldığı bu nəşr tarixən mövcud olan aşıq şeiri ənənəsinin bu gün də davam etdiyini təsdiq edir.
Nəşrə daxil edilmiş şeirlərin poetik ruhunda Vətən, el-yurd məhəbbəti, qəhrəmanlıq, milli dövlətçiliyə bağlılıq, mənəvi saflıq, halallıq və mərdliyin tərənnümü xüsusilə diqqəti çəkir.
Kitaba AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Ön söz” yazıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.