Dünənki 37 dərəcə isti ilə bağlı AÇIQLAMA - Rekord göstərici -

25-06-2019, 12:39            52 dəfə baxılıb

"Dünən Azərbaycanda 37 dərəcə isti qeydə alınıb. Bu, son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

Apa xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazir bildirib ki, 2009-cu ilin iyun ayında 36 dərəcə isti qeydə alınıb.

M. Babayev iyun ayında Azərbaycanda 37 dərəcə istinin qeydə alınmasını iqlim dəyişikliyinin təzahürü kimi qiymətləndirib.

O vurğulayıb ki, son 30 ildə Azərbaycanda havanın orta temperatur göstəricisi 1.4 dəfə artıb.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.