7,3 bal gücündə zəlzələ baş verdi - RƏSMİ AÇIQLAMA -

24-06-2019, 15:07            126 dəfə baxılıb
İyunun 24-də Banda dənizində yerləşən İndoneziya adaları yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Suamlaki yaşayış məntəqəsindən 288 kilometr şimal-qərbdə, ocağı 208,3 kilometr dərinlikdə yerləşib.


İlkin olaraq zəlzələnin maqnitudasının 7,2 olduğu bildirilsə də, sonradan 7,5-ə qaldırılıb və son olaraq 7,3 kimi müəyyən edilib.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bundan bir neçə saat qabaq İndoneziyanın şərqində, Yeni Qvineya adalarının Papua əyalətində silsilə zəlzələlər qeydə alınıb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.