"Kərəm Həsənovun əmisi oğliu məni polislərə döydürtdü, DİN-nin qarşısında intihar edəcəm-VİDEO -

24-06-2019, 01:39            86 dəfə baxılıb
 




Dövlət başçısı çıxışlarında hər dəfə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.
Əmlak Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu Kamal Həsənov VƏTƏNDAŞLARIN qəniminə çevrilib. Qulluq mövqeyindən sui-istifadə etməklə, aldatma yolu ilə əhalinin kasıb təbəqəsinə ziyan vuraraq, onları dövlətdən narazı salmağa çalışır.Kamal Həsənov sübut etməyə çalışır ki, insanları aldadıb, onların əmək hüquqlarını əlindən alıb, bunun müqabilində cəzasız qalmaq olar. 2017-Cİ ildə Kamal Həsənovun Ovçubərə kəndinin sakinini ölümcül döydürməsi mediada gündəm oldu.
İndi isə Əsədov Təbriz Fərəc oğlu şikayət edərək bildirib ki, Kamal Həsənovdan heyvan alıb. 2500 manat borcu qalıb.
Borcu vaxtında verə bilmədiyi üçün Kamal Həsənovun tapşırığı ilə polisə salınıb.
2500 əvəzinə 25 min tələb ediblər.

Azerinfo.tv olaraq Təbriz Əsədovun Prezident İlham Əliyevə, baş prokurir Zakir Qarealpva, Daxili işlər naziri Vilayət Eyvazova ünvanladığı şikayəti təqdim edirik:


“Hörmətli Cənab Prezident!!! Hörmətli Cənab Prokuror!!! Hörmətli Cənab Nazir!!! Belə ki, mən dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun Əmisi oğlu Kamil Həsənovun Şantaj və böhtanlarına məruz qalmışam.O əmisi oğlunun adından və tutduğu mövqedən istifadə edərək məni ölümlə hədələyir.Bu işdə ona Biləsuvar Polis İdarəsi can –başla qulluq edir.2019 –cu il fevral ayında o mənə 11 min manat dəyərində iribuynuzlu heyvan satmışdı.Düz bir aydan sonra mən ona şahidlərin iştirakı ilə o pulu qaytardım.Sonra o mənə 1500 manatlıq ot və maşınımı düzəltmək üçün 1000 manat da pul verdi. Sonradan o məndən 2500 manat pulu istədi. Belə ki, mən işləmədiyimə görə pulum yox idi. Mən hazırda pulum olmadığını bildirdim.Ondan vaxt istədim. O isə mənə dedi ki, indi ki, belə oldu , mənim rəhbərim var(Kərəm Həsənovu nəzərdə tuturdu) ona məlumat verəcəyəm, 5 yalançı şahid üzünə şahid kimi keçirib 25 min manat pul sənə yükləyib səni tutduracağam. Elə də oldu.Bu yaxında may ayının 23 –də ,təxminən axşam Sat 18 radələrində, evimizə Kamalın göstərişi ilə , onun işçisi Ağasəf bir neçə polis işçiləri ilə basqın oldu.3 nəfər polis bir də Kamalın sağ əli olan Ağasəf evimizə hücum edərək məni döydülər.Anam qabağa keçdikdə onlar anamı dayumruqla vurub yerə yıxdılar.Məni bölməyə döyə -döyə apardılar.Anamın vəziyyəti ağırlaşdı.Qardaşım 102 –yə məlumat verdi.Bölmədən gəlsələr də heç bir ölçü götüürmədilər. Məni qanunsuz olaraq Biləsuvar polisi 2 sutka ac –susuz saxladılar.Sonra məni buraxdılar.Müstəntiq Abuzər isə Kamalın göstərişi ilə məni iki gündən bir Şöbəyə dəvət edərək orada məni 7- 8 saat səbəbsiz olaraq izahat adı ilə saxlayır. Növbəti dəfə yenə də məni ora müstəntiq Abuzər dəvət edərək üzləşmə adı ilə bölmənin qabağında saatlarla 7-8 saat saxlatdırır,telefonuma isə cavab vermir. Yenə məni bölməyə dəvət etdi.Çöldə məni saxlatdırdı.Telimə cavab vermədi.Mən yenə evə qayıtdım.Sonradan Abuzər məni yenidən şöbəyə dəvət etdikdə mən artıq ora getməyəcəyimi bildirdim. Hörmətli Cənab Prezident!!! Hörmətli Cənab Prokuror!!! Hörmətli Cənab Nazir!!! Bu nə oyundur mən bilmirəm. Bunlar hal- hazırda tanımadığım 5 nəfəri üzümə keçirtməyə hazırlaşırlar.Onu da qeyd edim ki, belə oyunların ustası olan Kamal Polis Şöbəsini idarə edir.Polislər onun diqtəsi ilə hərəkət edirlər.Məni Şöbənin qabağında saatlarla saxlatmdırmaqda məqssədləri nədir? Yoxsa məni də kimlərəsə döydütdürmək istətirdilər. qeyd edim ki. bu birinci dəfə deyil. Belə oyunların ustası olan Kamal 2017 ci ildə də bir nəfəri döydütdürüb torpağını ələ keçirtmişdi. Nooldu? Yenə cəzasız qaldı. O yazını ərizəmə əlavə edirəm.!!! Hörmətli Cənab Nazir!!! Mən çox təəssüf edirəm ki, belə çirkli oyunların oyunçusu olan Kamalın Biləsuvar Polis işçiləri oyuncağına çevrilmişdir.
Hörmətli Prezidentin VƏTƏNDAŞLARI İNCİTMƏMƏSİ, QANUNLARA HÖRMƏTLƏ YANAŞMASI BARƏDƏ bu harınlamış məmurlara barmağ sirkələnməsindən bir nəticə çıxartmayıblar. Hörmətli cənab Nazir!!! Son ümidim sizədir!!! İnanıram ki, məsələni araşdırıb vəzifə səlahiyyətlərini aşan buyruq qulu olan polis işçilərini cəzalandıracaqsınız. Əks halda özümü elə nazirliyin qarşısında intihar etməkdən başqa çarəm qalmayıb!!! P.S.Gələcəkdə mənə hər hansı bir iş gələrsə , məsuliyyət Kamal Həsənovun üzərində qalacaq. İmza: Əsədov Təbriz”

шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.