Ramil Usubov kimlərlə işləyəcək? - SİYAHI -

22-06-2019, 11:47            54 dəfə baxılıb

Ötən gün prezident İlham Əliyev Ramil Usubovu Daxili İşlər naziri vəzifəsindən azad edərək Azərbaycan Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edib.
Aim.az  "Yeni Sabah"a istinadən xəbər verir ki, Ramil Usubovun katib təyin olunduğu Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır.
O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq 1997-ci ildə Prezident tərəfindən yaradılıb. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir.
Prezidentin sədrlik etdiyi Təhlükəsizlik Şuranın tərkibinə aşağadakı vəzifə daşıyıcıları daxildir:
Milli Məclisin sədri 
Baş nazir
Prezidentin Administrasiyasının rəhbəri 
Baş prokuror
Dövlət müşavirləri 
Baş prokuror
Xarici işlər naziri 
Müdafiə naziri
Dövlət təhlükəsizlik xidmətinin rəisi 
Daxili işlər naziri
Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.