Dini Komitə rəsmisi: Sosial şəbəkələrə üstünlük verəcəyik -

21-06-2019, 15:37            61 dəfə baxılıb
2018-ci ildə Azərbaycana 52 adda dini ədəbiyyatın idxalına icazə verilməyib.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. 
Onun sözlərinə görə, ötən il 1652 adda dini ədəbiyyatın idxalına isə icazə verilib:"2017-ci ildə 1477 adda dini ədəbiyyatın idxalına icazə verilib, 63-nün isə idxalına icazə verilməyib. Həmin il 309 adda dini ədəbiyyatın nəşrinə icazə verilib, dördünə isə icazə verilməyib. 2018-ci ildə isə 166 adda dini ədəbiyyatın çapına icazə verilib, 26-nın çapına icazə verilməyib”.

Sədr müavini qeyd edib ki, 2017-2018-ci illərdə Dövlət Komitəsi tərəfindən nəşr edilən ədəbiyyatların sayı 139 olub:
"İllər üzrə çap olunan dini ədəbiyyatın sayı azalıb. Çünki bu funksiyanı komitə, onun tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu öz üzərinə götürüb.
Ölkədə kitab oxuyanlar azdır, televiziyaya baxanların sayı isə çox deyil, amma sosial şəbəkələrdən istifadə edənlərin sayı günbəgün artır. Maarifçilik məqsədilə gələcəkdə üstünlük verəcəyimiz istiqamətlərdən biri sosial şəbəkələr olmalıdır. Sosial şəbəkələr istiqamətində xeyli işimiz var və nəticələrimiz də var”.

G.İsmayılov qeyd edib ki, 2018-2019-cu illərdə respublikada 940 dini qurum dövlət qeydiyyatından keçib:
"2017-ci ildə bu rəqəm 760, 2011-ci ildə 544, 2009-cu ildə 534, 2006-cı ildə isə 374 olub”.шаблоны для dle 11.2









© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.