Azərbaycanda yanacaqdoldurma məntəqəsində QORXUNC HADİSƏ – Partlayış... -

21-06-2019, 15:23            120 dəfə baxılıb

Bu gün Şəki şəhərində yanğın qeydə alınıb.
Aim.az  FHN-ə istinadən xəbər verir ki, "Ruslan" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib. Nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb. Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.шаблоны для dle 11.2










© 2018 Azərbaycan İnformasiya Mərkəzi
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Baş redaktor: Xəlil Xəlilov
Bizimlə Əlaqə : Tel: 055 211 67 62 E-mail : aim.az@inbox.ru
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.